Nazir tədris proqramlarının dərs ilindən tez bitməsindən danışıb

Təhsil naziri Ceyhun Bayramov orta məktəblərdə tədris proqramlarının dərs ilindən tez bitməsinə münasibət bildirib. 

Nazir deyib ki, bir neçə il öncə ölkədə dərs ilinin müddəti 2 həftə uzadılıb. Onun sözlərinə görə, bu məsələ ilə bağlı, 2015-ci ildən tərtib edilən dərsliklər, müəllimlər üçün metodiki vəsait 34 dərs həftəsi üçün hesablanıb. Nazir qeyd edib ki, 2015-ci ildən əvvəl hazırlanan dərsliklərlə bağlı isə Təhsil İnstitutu xüsusi tövsiyələr hazırlayıb: “Rayon təhsil şöbələrinə, məktəblərə həmin tövsiyələr əsasında materialın 34 həftə ərzində şagirdlərə təqdim edilməsi barədə ətraflı məlumatlar verilib”. (apa)

14.06.2018 14:58 / Baxılıb: 208 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo