Dövlət qulluğuna qəbulla bağlı müsahibələrin keçirilmə qrafiki müəyyənləşib

Adəm Abbaslı/AZADİNFORM. Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən vakant inzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün 2 və 3 may 2018-ci il tarixlərində elan edilmiş müsabiqə üzrə müsahibələrdə qeydə alınmış namizədlərlə müsahibələrin keçirilmə qrafiki müəyyən edilib.

DİM-dən Azadinform-a verilən məlumata görə, namizədlərlə müsahibələrin Dövlət İmtahan Mərkəzinin Bakı şəhərində yerləşən inzibati binalarında keçirilməsi nəzərdə tutulur.

Müsahibələr Maliyyə Nazirliyi, Səhiyyə Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Tarif (qiymət) Şurasının Katibliyi və məhkəmə orqanlarında olan vakant vəzifələr üzrə keçiriləcək. Müsahibələrin 25 iyun 2018-ci il tarixində başlanılması və 6 iyul 2018-ci il tarixinədək davam etməsi nəzərdə tutulur.

Müsabiqəyə çıxarılan vəzifələr arasında daha çox rəqabət Əmlak Məsələləri Dövlət Komitəsinin Hərracların Təşkili üzrə Auksion Mərkəzi, Bələdiyyə torpaqlarının hərraclarının təşkili şöbəsində aparıcı məsləhətçi (1 vakant yer üzrə 52), Hərracların Təşkili üzrə Auksion Mərkəzi, 1 saylı zona bölməsində aparıcı məsləhətçi (1 vakant yer üzrə 31), Daxili nəzarət şöbəsində məsləhətçi (1 vakant yer üzrə 22) vəzifələri üzrə müşahidə edilir.

Təqdim etdiyimiz məlumatlardan göründüyü kimi ən yüksək müsabiqə vəziyyəti Əmlak Məsələləri Dövlət Komitəsi ( 20 vakant vəzifə üzrə 268 müraciət) və Nəsimi Rayon Məhkəməsi (4 vakant yer üzrə 16 müraciət) üzrə müşahidə edilib.

14.06.2018 14:30 / Baxılıb: 191 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.08.2018
    18.08.2018
     
    © 2018 All right reserved www.azadinform.az Powered by Danneo