Azarkeşlər mundialın oyununda stadiona toyuq gətirmək istəyiblər

Samir Soltanov/AZADİNFORM. Nigeriya yığmasının azarkeşləri mundialın oyununda stadiona toyuq gətirmək üçün icazə istəyiblər. 

Azadinform xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Kalininqrad bölgəsinin mədəniyyət və turizm naziri Aleksandr Yermak bildirib. O qeyd edib ki, çempionatın qaynar xəttinə bir çox sual daxil olur: “Nigeriya azarkeşləri stadiona toyuq gətirmək istəyirdilər. Bu, onların simvolu imiş. Amma dedik ki, belə şeyə icazə verə bilmərik. Onlara toyuğun harada satıldığı söylədik”. 

Qeyd edək ki, Nigeriya iyunun 16-ı Kalininqradda Xorvatiya ilə qarşılaşacaq.

14.06.2018 14:00 / Baxılıb: 243 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo