Baş nazir niyə istefa verdi?

AZADİNFORM. “Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili istefa verib. O, buna səbəb kimi hakim komanda daxilində müəyyən məsələlər üzrə fikir ayrılıqlarının olduğunu göstərib. Fikrimcə, bu istefanın arxasında Gürcüstan hakimiyyətinin xaç atası Bidzina İvanişvili dayanır”.

Azadinform xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu bildirib.

Onun fikrincə, İvanişvili görür ki, hakim “Gürcü arzusu” partiyasının və hökumətin reytinqi sürətlə aşağı enir. Bu isə gələcək parlament seçkisində müxalifətin qələbə çalmaq və keçmiş prezident Mixail Saakaşvilini geri qayıtmaq imkanlarını artırır: “İvanişvili seçkidə məğlubiyyətə dözər. Ancaq Saakaşvilinin geri qayıdışı onun ən qorxulu röyasıdır. Buna görə də İvanişvili təcili olaraq hökumətdə yerdəyişmələr edir. İki variant var - ya hökumətin başına özü keçəcək, ya da Kvirikaşvili kimi bir gənci tapıb baş nazir seçdirəcək”.

14.06.2018 12:40 / Baxılıb: 273 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.08.2018
    14.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo