Azərbaycanda 846 əkiz, 33 üçəm körpə doğulub

Samir Soltanov/AZADİNFORM. Bu ilin ilk dörd ayı ərzində Azərbaycanda 846 əkiz, 33 üçəm körpə doğulub. 

Azadinform xəbər verir ki, bu ilin ilk dörd ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 44540 doğulan körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 13,8 təşkil edib. Doğulan körpələrin 846-sı əkiz, 33-ü üçəmdir. 

Qeyd edək ki, yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 46,9 faiz təşkil edir. Hazırda hər 100 doğulan qıza 113 oğlan düşür. Doğulanların cins nisbətinin pozulması ümumi əhalinin cins strukturunu da dəyişir. Hazırda hər 1000 kişiyə 1005 qadın düşür.

14.06.2018 12:30 / Baxılıb: 225 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo