Mobil operatorların 350 milyon manatlıq qazancı olub

Samir Soltanov/AZADİNFORM. Cari ilin yanvar-may ayları ərzində informasiya və rabitə müəssisələri 715,9 mln. manatlıq xidmət göstərib ki, onun da 72,1%-i əhali tərəfindən istehlak olunub. 

Dövlət Statistika Komitəsindən Azadinform-a verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 6,3% artıb, bu sahədə əldə edilmiş gəlirin 81,1%-i qeyri-dövlət sektorunun payına düşüb. 

Xidmətlərdən əldə edilən gəlirin 48,8%-i və ya 349,6 mln. manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

14.06.2018 12:22 / Baxılıb: 217 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo