Azərbaycan iqtisadiyyatı artıb - 1,1%

Samir Soltanov / AZADİNFORM. Bu ilin yanvar-may aylarında ölkənin ümumi daxili məhsulu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,1% artaraq 29294,0 mln. manata çatıb. 

Dövlət Statistika Komitəsindən Azadinform-a verilən məlumata görə, bu dövrdə tikinti sektoru istisna olmaqla, iqtisadiyyatın bütün sahələrində istehsalın artımı müşahidə edilib. Nəqliyyat və anbar təsərrüfatı sahələrində əlavə dəyər istehsalı 8,9%, informasiya və rabitə sahələrində 6,3%, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 6,8%, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 8,6%, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 2,4%, sənaye, həmçinin digər xidmət sahələrində 0,9% artıb, tikintidə isə 11,2% azalıb. 

İqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər 7,6% artıb, neft sektorunda isə 0,3% azalıb. 

ÜDM istehsalının 48,8%-i sənayedə, 9,9%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,1%-i nəqliyyat və anbar təsərrüfatı sahələrində, 6,7%-i tikintidə, 3,5%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6%-i informasiya və rabitə sahələrində, 13,8%-i digər sahələrdə istehsal edilib, məhsula və idxala xalis vergilər isə ÜDM-in 7%-ni təşkil edib. 

Əhalinin hər nəfərinə düşən ÜDM 2991,1 manata bərabər olub

14.06.2018 11:40 / Baxılıb: 272 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo