Ölkəmiz nəqliyyat dəhlizlərinə ev sahibliyi edən şəbəkə funksiyasını yerinə yetirir

Şəfa Tapdıq/AZADİNFORM. “TANAP kifayət qədər ciddi, siyasi və iqtisadi əhəmiyyətli layihədir və onun gerçəkləşməsində Azərbaycanla Türkiyənin iradəsi mühüm rol oynayıb.

Layihənin gerçəkləşməsini əngəlləməyə çalışan qüvvələr var idi. Layihə Avropanın enerji təhlükəsizliyi məsələsində vacib rola malikdir. Ona görə də istər Avropa, istərsə də ABŞ tərəfindən dəstəklənir. Düzdür, onlar layihənin həyata keçirilməsinə açıq dəstək verməyə tələsmədilər. Məncə, inamları az idi. Amma Azərbaycan və Türkiyənin qətiyyətli mövqeyi sayəsində layihə reallaşdı”.

Bu sözləri Azadinform-a açıqlamasında politoloq Vüqar Zifəroğlu TANAP-ın açılışı ilə bağlı fikirlərini bölüşərkən deyib.

O bildirib ki, Azərbaycan bu layihəni gerçəkləşdirməklə kifayət qədər ciddi partnyor olduğunu bir daha nümayiş etdirib: “Ölkəmiz nəqliyyat dəhlizlərinə ev sahibliyi edən şəbəkə funksiyasını yerinə yetirir. Bu, çox önəmli məqamdır. Bir vacib məsələyə də diqqət edək. Son günlər aparıcı erməni KİV-i TANAP-la bağlı müsbət fikirlər yazırlar. Hətta Ermənistanın bu cür transmilli layihələrdən kənar qalmasına təəssüf edirlər. Bunun təqsirinin Rusiyada olduğunu da qeyd edirlər”.

Politoloq açılış mərasimində Gürcüstan rəhbərliyinin iştirak etməməsindən də danışıb: “Tam olaraq soyuq yanaşma olduğunu deməzdim. TANAP birbaşa olaraq, Azərbaycan və Türkiyənin layihəsidir. Təbii ki, Gürcüstanın ən yüksək şəkildə təmsil olunması arzuolunan hal idi. Amma ümumilikdə götürdükdə, Gürcüstan bu layihədə tranzit ölkədir, layihənin qəhrəmanları isə Azərbaycanla Türkiyədir. TANAP Azərbaycanla Türkiyənin iradəsini ortaya qoyan layihədir. Bir məqam da var. Bu layihə Cənubi Qafqazda Azərbaycanın liderliyini bir qədər də möhkəmləndirir. Ola bilsin, Gürcüstanla yaxın münasibətdə olsaq belə, onlar ölkəmizin güclənməsindən bir az qayğılanırlar. Diplomatiyada belə bir qayda var – daimi dost yoxdur, daimi maraqlar var. Gürcüstan hər zaman bizim Ermənistanla olan münaqişəmizdən xeyir görüb”.

14.06.2018 11:08 / Baxılıb: 612 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.08.2018
    18.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo