Nazir məzunları təbrik edib

Samir Soltanov/AZADİNFORM. Təhsil naziri Ceyhun Bayramov məzunları təbrik edib. 

Azadinform xəbər verir ki, təbrikdə bildirilir: “Siz bu gündən həyatınızın tamamilə yeni dövrünə qədəm qoyursunuz. Ciddi qərarlar qəbul etmək, peşə seçimini dəqiqləşdirmək astanasındasınız. Seçəcəyiniz yol həyatınızın böyük hissəsini müəyyən edəcək. Məktəbdə öyrəndiyiniz bilik və bacarıqlar, fəal vətəndaş mövqeyi və dəyərlər bu yolda sizə zəruri dəstək verəcək. Əminəm ki, Siz  özünütəsdiq inamınızla  arzuladığınız gələcəyi quracaq, ölkəmizin adına layiq vətəndaş və mütəxəssis olacaqsınız. Ömür boyu öyrənmə yanaşması, səmərəli ünsiyyət və əməkdaşlıq  bacarıqları olan, Vətən sevgisi ilə yaşayan gənclər ölkənin qızıl insan kapitalıdır. Sizin hər biriniz Azərbaycan üçün dəyərli və əvəzolunmazsınız! Həyatınızın yeni mərhələsində sizə uğurlar arzulayıram!”.

14.06.2018 10:40 / Baxılıb: 228 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.08.2018
    18.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo