Bu ilin sonuna inflyasiyanın birrəqəmli həddə olacağı proqnozlaşdırılır

Samir Soltanov/AZADİNFORM. “İlin sonuna inflyasiyanın birrəqəmli həddə olacağı proqnozlaşdırılır”. 

Azadinform xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov iyunun 14-də keçirdiyi mətbuat konfransında deyib. Mərkəzi Bankın sədri qeyd edib ki, ötən beş ay ərzində orta inflyasiya 3,2 faiz olub. ÜDM-in 15,4 faiz səviyyəsində profisit formalaşıb. Ticarət balansının müsbət saldosu 2,1 dəfə, xidmətlər balansının kəsiri 2 dəfədən çox azalıb, qeyri-neft sektoru 14,2 faiz yüksəlib. İlin sonuna ticarət balansının əlverişli olacağı gözlənilir. Xarici valyutada depozitlərin geniş pul kütləsində çəkisi 2,1 faiz təşkil edib.

14.06.2018 10:32 / Baxılıb: 256 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo