124 cinayət faktından 26-sı isti izlərlə açılıb

Samir Soltanov/AZADİNFORM. İyun ayının 13-dən 14-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb. 

Daxili İşlər Nazirliyindən Azadinform-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 124 cinayət faktı qeydə alınıb, onların da 26-sı “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 21 cinayətin açılması təmin olunub. 

Axtarışda olduğuna görə ümumilikdə 84 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 9 nəfər, borclu şəxs qismində axtarışda olan 54 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib. 

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 9 nəfər xəsarət alıb. 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13 fakt müəyyən edilib. 

Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.

14.06.2018 09:45 / Baxılıb: 258 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo