Filadelfiyada Azərbaycan bayrağı ucaldılıb Fotolar

Samir Soltanov/AZADİNFORM. ABŞ-ın tarixi şəhərlərindən Filadelfiyada AXC-nin 100 illiyi ilə əlaqədar olaraq, şəhər meriyasının binası qarşısında Azərbaycanın dövlət bayrağının ucaldılması mərasimi keçirilib. 

Azadinform xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı Səfirliyi məlumat yayıb. Bildirilib ki, tədbir Pensilvaniya ştatında yaşayan Azərbaycan icmasının fəalları və Filadelfiya şəhər meriyasının birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə Azərbaycan icması, Filadelfiya şəhər meriyası və səfirliyin nümayəndələri iştirak edib. 

Amerika Azərbaycan Cəmiyyətinin rəhbəri Tomris Azəri tədbirdə AXC-in yaranma tarixi barədə məlumat verib. Azərbaycanın hazırda güclü və müstəqil dövlət olduğunu və hər bir azərbaycanlının dövləti ilə fəxr etdiyini bildirib. 

Filadelfiya şəhər merinin köməkçisi Shila Hass tarixi gün münasibətilə Pensilvaniya ştatında yaşayan Azərbaycan icmasının nümayəndələrini təbrik edib və Filadelfiya şəhər meri Jim Kenni tərəfindən 28 may 2018-ci il tarixinin Filadelfiya şəhərində Azərbaycan Xalq Cümhuriyyəti günü elan edilməsi barədə bəyannaməni diqqətə çatdırıb.

14.06.2018 09:12 / Baxılıb: 249 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
19.08.2018
18.08.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo