Kolumbiyada hərbçilər 10 üsyançını məhv edib

Kolumbiya ordusu Venesuela ilə sərhəddə "Kolumbiyanın İnqilabi Silahlı Qüvvələri"nin təslim olmayan 10 üzvünü məhv edib.

Azadinform RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, silahlı qüvvələr prokurorluğun dəstəyi ilə Arauka departamentində qruplaşmanın 10 üzvünü zərərsizləşdirməyə nail olub. Havadan dəstək verilən əməliyyat zamanı dəstə üzvü olan 7 kişi və 3 qadın məhv edilib.

Öldürülən cinayətkarların Saravena bələdiyyəsində hospitalın əməkdaşlarına hücum etdikləri bildirilir.

"Kolumbiyanın İnqilabi Silahlı Qüvvələri" 1964-cü ildə yaradılıb. 

13.06.2018 23:58 / Baxılıb: 261 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo