Azərbaycan birinciliyinə yekun vurulub

Sumqayıt Olimpiya İdman Kompleksində keçirilən cüdo üzrə 23 yaşadək gənclər arasında Azərbaycan birinciliyinə yekun vurulub.

Azadinform-un məlumatına görə, yarışın ikinci günü oğlanlar arasında 5 çəki dərəcəsində mükafatçılar müəyyənləşib.

Rüfət Məmmədov (73 kq), Samir Ağayev (81 kq), Azər Yaqubov (90 kq), Adil Kərimli (100 kq), Camal Feyziyev (+100 kq) qızıl medal qazanıb.

Ümumi medal sayında “Neftçi İdman Klubu” İB 11 medal (3 qızıl, 3 gümüş və 5 bürünc) qazanaraq birinci olub. “Atilla” klubu 4 medal (3 qızıl və 1) əldə edərək ikinci yeri tutub. 5 medala (1 qızıl, 2 gümüş və 2 bürünc) sahib olan “Judo Club 2012” isə ölkə birinciliyini üçüncü yerdə başa vurub. Qalib və mükafatçılara Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının diplom və medalları təqdim olunub.

Qeyd edək ki, iki gün davam edən ölkə birinciliyində, ümumilikdə, 49 klubdan 373 cüdoçu (306 oğlan, 67 qız) mübarizə aparıb.

13.06.2018 23:46 / Baxılıb: 235 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo