"Keşlə" daha 7 futbolçu ilə müqaviləni uzadıb

Azərbaycan Kubokunun qalibi "Keşlə"də yeni mövsüm üçün heyətin formalaşdırılması davam edir.

Azadinform-un klubun rəsmi saytına istinadən məlumatına görə, paytaxt təmsilçisi daha 7 futbolçu ilə bağlı qərar qəbul edib. 

Tərlan Quliyev, Cabir Əmirli, Andre Klennon, Murad Qayalı, Denis Silva Kruz və Adrian Skarlatake ilə müqavilə 1 il, Sərtan Taşkınla 2 il müddətinə uzadılıb.

Qeyd edək ki, "Keşlə" daha əvvəl Azər Salahlını "Sumqayıt"dan transfer edib, Fuad Bayramov və Slavik Alxasovla isə müqaviləni yeniləyib. Hələlik komandanı yalnız Məqsəd İsayev tərk edib. O, "Sabah"a yollanıb.  

13.06.2018 23:25 / Baxılıb: 273 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo