Səudiyyənin Suriya ilə bağlı gizli planı ortaya çıxdı

Ərəb mənbələri Səudiyyə Ərəbistanı rəsmilərinin Suriyanın şimalında öz nəzarəti altında fəaliyyət göstərəcək qəbilə ordusu qurmaq istədiklərini iddia ediblər.

Azadinform “Shafaqna”ya istinadən xəbər verir ki, ümumi idarəetmə isə Vaşinqtondan həyata keçiriləcək.

Hazırda bu istiqamətdə tayfa şeyxləri ilə görüşlərin keçirildiyi bildirilib.

“CISAR” Araşdırma Mərkəzinin mütəxəssisi Əbdül-Vahhab Assi bildirib ki, bu plan 2 aya yaxındır müzakirə edilir:

“Şimr qəbiləsi və Suriya Demoratik Qüvvələrindəki kürd silahlıları bu ittifaqın formalaşdırılması üçün çalışırlar. Bu plan ABŞ-ın bir neçə ay sonra hərbiçilərini Suriyadan çıxartdıqdan sonra yaranacaq boşluğu doldurmaq üçün hazırlanır”.

13.06.2018 22:17 / Baxılıb: 197 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo