İstanbulda zavodda yanğın olub

Türkiyənin İstanbul şəhərində hovuz məmulatları istehsalı zavodunda yanğın baş verib.

Azadinform “Haber7”yə istinadən xəbər verir ki, yanğının səbəbi hələlik məlum deyil.

Hadisə yerinə 50 yanğınsöndürən, 125 personal və helikopterlər cəlb edilib.

Zavodun içərisindən zaman-zaman partlayış səslərinin gəldiyi bildirlir. 

Hadisə nəticəsində ölən və yaralanan yoxdur. 

Yanğının ətrafdakı meşə zolağına keçməsinin qarşısı alınıb.

13.06.2018 21:09 / Baxılıb: 245 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo