UEFA "Qalatasaray"ı 15 milyon avro cərimələyib

UEFA Türkiyənin "Qalatasaray" futbol klubunu cəzalandırıb. 

Azadinform-un "Haberturk"ə istinadən verdiyi məlumata görə, Avropa ali futbol qurumu "cim-bom"a 2016-cı ildə maliyyə "fair-play" qaydalarını pozduğu üçün 15 milyon avro məbləğində cərimə kəsib. 

Qərara əsasən, bunun 6 milyonu nağd olmaqla, qalan 9 milyonu isə şərtlər yerinə yetirilmədiyi təqdirdə ödəniləcək. 

Bundan başqa, komanda avrokuboklarda 21 futbolçu ilə mübarizə aparacaq. Tərəflər arasında razılaşma 4 il müddətinə keçərli olduğundan futbolçu sayı hər mövsümdə bir nəfər artmaqla 25-ə çatacaq. 

Eyni zamanda aslanlar 2018-2019 mövsümündə 20, 2019-2020 mövsümündə 10 milyon avro ziyan edə bilər, 2020-2021 mövsümünü isə zərərsiz başa vurmalıdır. 

13.06.2018 20:54 / Baxılıb: 188 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo