Türkiyəli hakim dünya çempionatının oyununa təyinat alıb

Rusiyada keçiriləcək dünya çempionatında növbəti üç oyunun hakim təyinatları açıqlanıb. 

Azadinform-un məlumatına görə, A qrupunda baş tutacaq Misir-Uruqvay matçı hollandiyalı hakimlər briqadasına tapşırılıb. Oyunun baş hakimi Byorn Kyupers olacaq. Ona Sander Van Rokel və Ervin Zeynstra kömək edəcək. 

B qrupunda baş tutacaq Portuqaliya-İspaniya qarşılaşmasını isə italiyalı hakimlər idarə edəcək. Matçın baş hakimi Canluka Rokki, köməkçiləri isə Elenito di Liveratore və Mauro Tonolini olacaq. 

B qrupunun digər oyunu - Mərakeş-İran görüşü türkiyəli hakimlər briqadasına həvalə olunub. Qarşılaşmanın baş hakimi Cüneyt Çakır, yan xətt hakimləri isə Bahattin Duran və Tarık Orgun olacaq.

Qeyd edək ki, hər üç qarşılaşma iyunun 15-i baş tutacaq. Misir-Uruqvay görüşü Bakı vaxtı ilə saat 16:00-da, Portuqaliya-İspaniya görüşü saat 22:00-da, Mərakeş-İran görüşü isə saat 19:00-da başlanacaq. 

13.06.2018 20:27 / Baxılıb: 247 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.08.2018
    17.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo