Filippo İnzaqi İtaliya klubunun baş məşqçisi təyin olunub

İtaliya milli komandasının və "Milan" klubunun sabiq futbolçusu Filippo İnzaqi İtaliyanın "Bolonya" klubunun baş məşqçisi təyin olunub. 

Azadinform klubun saytına istinadən xəbər verir ki, komanda 45 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalayıb. O, bu postda Roberto Donadonini əvəzləyib. 

Qeyd edək ki, "Bolonya" 2017-2018 illər mövsümündə İtaliya A Seriasını 16-cı pillədə başa vurub. İnzaqi son olaraq "Milan"ın baş məşqçisi vəzifəsində çalışıb.

13.06.2018 19:43 / Baxılıb: 275 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.01.2019
    18.01.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo