Avropa İttifaqı Ukraynaya yeni makroiqtisadi yardım ayıracaq

Avropa Parlamentinin deputatları Ukrayna üçün yeni makroiqtisadi yardımın ayrılmasını təsdiqləyiblər.

Azadinfrom Rusiya mətbuatına istinadən xəbər verir ki, yardımın məbləği 1 mlrd. avro təşkil edəcək.

Bu vəsaitin iki tranşla ayrılması planlaşdırılır. Yardım proqramının müddəti isə 2 il yarım təşkil edəcək. 

Bu, Avropa İttifaqının (Aİ) Ukraynaya son 4 il ərzində 3-cü makroiqtisadi yardımı olacaq. Ümumilikdə, bu ölkə Aİ-dən 2,8 mlrd. avro yardım alıb.

13.06.2018 19:28 / Baxılıb: 196 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo