FİFA-nın DÇ-2018-dən qazancı açıqlanıb

Samir Soltanov/AZADİNFORM. FİFA Rusiyada keçiriləcək dünya çempionatından 6,1 milyard dollar gəlir götürəcək. 

Azadinform xəbər verir ki, bu məbləğ 2014-cü ildə keçirilən mundialın qazancından 1.3 milyard dollar çoxdur. Yayım hüquqlarından əldə olunan vəsait isə 2 faiz artıb. Həmçinin, FİFA sponsorluq müqavilələrindən gözləniləndən 200 milyon dollar çox gəlir əldə edəcək. 

Bu, Çin şirkətləri ilə əməkdaşlığın genişləndirilməsi nəticəsində mümkün olub. Yarışa sponsorluq edən 20 şirkətdən 7-si Çini təmsil edir. 2014-cü ildəki mundialda isə Çindən yalnız bir şirkət var idi.

13.06.2018 18:55 / Baxılıb: 298 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo