Tanınmış dizayner Bakıya gələcək

Samir Soltanov/AZADİNFORM. Avstraliyada yaşayan məşhur Azərbaycanlı dizayner Həcər Qala "Mersedes Benz Dəb Hətfəsi - Bakı”da iştirak etmək üçün Azərbaycana gələcək. 

Azadinform xəbər verir ki, o, iyunun 17-də "Passaj 1901”-də dəb həftəsinin bağlanışına qatılacaq. 

Xatırladaq ki, Həcər Qala yüksək səviyyəli "Maison De Challie” brendinin təsisçisidir. Moda evi 1990-cı illərin əvvəllərində Avstraliyanın Sidney şəhərində açılıb. Həcərin yaradıcılığının sehrli nümunələri bir çox beynəlxalq kütür nəşriyyatlarında dərc edilib və Avstraliya, Avropa, Yaxın Şərqin prestijli dəb sərgilərində nümayiş olunub. Son 20 il ərzində Həcər Avstraliyanın ən yaxşı kütür dizaynerlərindən biri kimi şöhrət qazanıb. O, Kerri-Enn Kennerli, Adriana Ksenidi, Tara Mories və Melissa Corc kimi məşhurların paltarlarını dizayn edib. Həcərin ən sonuncu kolleksiyası "Brending” beynəlxalq səviyyədə tanınmasında dönüş nöqtəsi olub, onun kolleksiyası 2017-ci ilin oktyabrında Paris dəb həftəsində nümayiş etdirilib və dəb dünyasının xüsusi diqqətini çəkib. 

Əlavə edək ki, Maison De Challie özünəməxsus gözəlliklərini əks etdirən don axtaran və dünyanın ən modabaz qadınlarının, eyni zamanda gəlinlərinin məkanıdır.

13.06.2018 17:44 / Baxılıb: 526 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo