Qlobal neft tələbatı 100,5 milyon barrelə çatacaq

Samir Soltanov/AZADİNFORM. Qlobal neft tələbatı bu il gündəlik orta hesabla 99 milyon 100 min barrel təşkil edəcək. 

Azadinform xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir. Bildirilir ki, qlobal neft tələbatı 2019-cu ildə 100 milyon 560 min barrel səviyyəsində olacağı proqnozlaşdırılır. 

Qlobal tələbatda ilk sırada gündəlik 34 milyon 600 min barrel ilə Asiya və Sakit okean ölkələri qərarlaşıb. Avropada neft tələbatı sutkalıq 31 milyon 700 min barrel, Amerika qitəsində isə 15 milyon 200 min barrel olub.

13.06.2018 17:05 / Baxılıb: 178 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo