Roma Papası: Ümidvaram ki, bu yarış sülh və dialoqa yol açacaq

Samir Soltanov/AZADİNFORM. Roma Papası I Fransisk sabah Rusiyada start götürəcək futbol üzrə dünya çempionatının iştirakçılarına müraciət ünvanlayıb. 

Azadinform xəbər verir ki, Roma Papası turnirdə iştirak edəcək idmançıları və çempionatın təşkilatçılarını salamlayıb və onlara uğurlar arzulayıb: “Ümidvaram ki, bu yarış sülh və dialoqa yol açacaq. Qoy bu vacib idman tədbiri müxtəlif mədəniyyətlər və dinlər arasında dialoq və qardaşlığa səbəb olsun, xalqlar arasında həmrəylik və sülhə xidmət etsin”. 

Qeyd edək ki, 2018-ci il futbol üzrə dünya çempionatı iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərində keçiriləcək.

13.06.2018 16:45 / Baxılıb: 255 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.08.2018
    18.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo