Azərbaycan Səninlədir, Sənsiz deyil adlı festival keçirilib Foto

Samir Soltanov/AZADİNFORM. Binəqədidə Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı, Binəqədi rayon Gənclər və İdman İdarəsi və 6 li Uşaq Gənclərin İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü və Azərbaycan xalqının milli qurtuluş günü münasibətilə Binəqədi rayon orta ümumtəhsil məktəblərinin şagirdlərinin təqdimatında “Azərbaycan Səninlədir-Sənsiz deyil” VIII yaradıcılıq festivalı keçirilib. 

Binəqədi RİH-dən Azadinform-a verilən məlumata görə, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev,  millət vəkilləri Eldar İbrahimov, Kamaləddin Qafarov,  Madər Musayev, Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Vüqar Zeynalov, BRİH başçısının müavinləri,  BRİH başçısı Aparatının   əməkdaşları, rayonun hüquq mühafizə orqanları və icra strukturlarının rəhbərləri, müvafiq təhsil müəssisələrinin rəhbərləri, rayon gəncləri, rayon ictimaiyyətinin nümayəndələri, ASAN könüllülər və s.) 

Tədbirdə laureatların vətənpərvərlik mövzusunda çıxışları, rəqs nümunələri, kompozisiyalar tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılandı.  

Tədbirin bədii hissəsindən sonra çıxış üçün söz İntiqam Babayevə verildi. İ. Babayev əsası Ulu Öndər tərəfindən tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsi kimi bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəslin yetişdiyini bildirdi. Natiq bugünkü Azərbaycan gəncliyinin ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini yüksək qiymətləndirdiyini, onun bizə bəxş etdiyi Azərbaycanın müstəqilliyini, elmin, təhsilin inkişafını, ölkəmizin siyasi, iqtisadi yüksəlişini, gənclər olan diqqəti və qayğı dərin ehtiram hissi ilə xatırladığını qeyd etdi. 

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev çıxış edərək müsabiqə iştirakçılarını təbrik etdi, onların valideynlərinə və müəllimlərinə təşəkkürünü bildirdi. Əsası Ulu Öndər tərəfindən qoyulan siyasi kursun bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirdən Elxan Allahverdiyev Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin Azərbaycan gəncliyinin inkişafına təkan verdiyini, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynadığını qeyd etdi. Natiq bu siyasət çərçivəsində uğurla icra olunan bu kimi tədbirləri sadalamaqla biz gənclərimizin dövlətçiliyə bağlı, intelektual, yüksək dünyagörüşlü bir qüvvə kimi formalaşmasının şahidi olduğumuzu dedi.

13.06.2018 16:10 / Baxılıb: 409 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
19.08.2018
18.08.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo