Bu ağılla hakimiyyətə gəlməyə iddia edirsiniz

AZADİNFORM. “Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Arif Məmmədov gedib bir az riyaziyyat və coğrafiya elmi ilə maraqlansalar yaxşı olar”.

Azadinform xəbər verir ki, bu sözləri Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov adları çəkilən şəxslərin canlı yayımda Cünnüt kəndinin Ordumuzun nəzarətinə keçməsi ilə bağlı söylədikləri fikirləri şərh edərkən deyib.

Partiya sədri bildirib ki, jurnalist Sevinc Osmanqızı ilə canlı yayıma qatılan və Cünnüt kəndinin Milli Ordumuzun nəzarəti altına keçməsi məsələsinə münasibət bildirən bu “müdrik” siyasətçilər veriliş boyu ayırd edə bilmədilər ki, söhbət 11 min hektar ərazidən, yoxsa 11 000 kvadrat kilometr və ya 11 hektar ərazidən gedir.

O, Sevinc Osmanqızının adıçəkilən qonaqlarına səslənərək qeyd edib ki, ay “ağıllı”lar, həmin ərazi 11 000 kvadrat kilometr yox, 11 000 hektardır, 11 000 hektar da öz növbəsində 110 kvadrat kilometrə bərabərdir.

Əlisahib Hüseynov bildirib ki, söhbət ordumuzun həmin ərazini işğaldan azad etməsindən yox, nəzarət altına almasından gedir. “İşğaldan azad etmək” ifadəsi ilə “nəzarət altına almaq” ifadələri tamamilə fərqli anlam daşıyan ifadələrdir: “Siz biçarələr heç ana dilimizdəki ifadələri də doğru-düzgün ayırd edə bilmirsiniz. Üstəlik, hələ bu ağılla da hakimiyyətə gəlməyə, milləti “ağ günə” çıxarmağa iddia edirsiniz”.

13.06.2018 15:56 / Baxılıb: 882 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo