Raket və Artilleriya birləşmələri döyüş atışlı məşqlər keçib Fotolar

Samir Soltanov/AZADİNFORM. Qoşunların 2018-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq Raket və Artilleriya birləşmələri 122 mm-lik yaylım atəşli reaktiv sistemləri və 152-mm toplardan döyüş atışlı məşqlər keçirib. 

Müdafiə Nazirliyindən Azadinform-a verilən məlumata görə, təlim məşqlərində praktiki döyüş atışlarının yüksək dəqiqliyini və intensivliyini təmin etmək məqsədilə müasir avtomatlaşdırılmış idarəetmə sistemlərindən istifadə edilib. 

Müəyyən edilmiş şərti düşmən hədəflərini məhv edən şəxsi heyətin hazırlığı, ustalığı və bacarığı komandanlıq tərəfindən yüksək qiymətləndirilib.

13.06.2018 15:50 / Baxılıb: 258 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
15.08.2018
14.08.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo