İspaniyanın baş məşqçisi istefaya göndərilib

Samir Soltanov/AZADİNFORM. Futbol üzrə dünya çempionatının başlamasına bir gün qalmış İspaniya milli komandasının baş məşqçisi Xulen Lopeteqi istefaya göndərilib. 

Azadinform xəbər verir ki, iyunun 12-də Xilen Lopeteqinin dünya çempionatından sonra “Real Madrid” komandasına rəhbərlik edəcəyi açıqlanmışdı. Bu xəbər İspaniya millisində birmənalı qarşılanmayıb. İspaniya Kral Futbol Federasiyasının prezidenti Luis Rubiales X.Lopeteqinin dərhal istefasını tələb edib. Bu ölkənin yığma komandasının rəsmi “Twitter” hesabında bildirilib ki, baş məşqçi artıq millinin düşərgəsindən ayrılıb.

13.06.2018 15:40 / Baxılıb: 272 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.08.2018
    18.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo