8 min əhalinin istifadə etdiyi yolda yenidənqurma işləri davam edir - VİDEO

Adəm Abbaslı/AZADİNFORM. Yerli əhəmiyyətli yolların yenidən qurulması layihələri çərçivəsində Ağcabədi rayonunda Hacıbədəlli-Pərioğulları-Təzəkənd avtomobil yolu əsaslı şəkildə yenidən qurulur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Azadinform-a verilən məlumata görə, uzunluğu 18 km olan yol respublika əhəmiyyətli R33 Ağdam-Hindarx-Ağcabədi və R18 Mingəçevir-Bəhrəmtəpə yolları ilə birləşir. Məhz bu üzdən yolun əsaslı şəkildə bərpası yol boyu 3 yaşayış məntəqəsində yaşayan 8  min əhalinin sevincinə səbəb olub.

Layihəyə uyğun olaraq yol V texniki dərəcədən IV texniki dərəcəyə uyğun təkmilləşdirilib. Bu işlər çərçivəsində əraziyə lazımi miqdarda xüsusi çınqıl materialı, həmçinin optimal-qırmadaş qarışığı daşınmaqla yol yatağının genişləndirilməsi ilə tikintisi, texnoloji ardıcıllığa uyğun olaraq isə yol əsasının salınması işləri aparılıb.

Bu işlərə paralel olaraq suların ötürülməsi üçün 36 ədəd müxtəlif diametrli dəmir-beton boruların tikintisi və 1 nöqtədə zəruri olan 16 metr uzunluğunda suötürücü keçidin inşası işləri də aparılıb.

Tikinti norma və standartlarına uyğun olaraq növbəti mərhələdə yolun 6 metr hərəkət hissəsi nəzərə alınmaqla 100 min kv.m sahəyə 2 laydan ibarət və 12 sm qalınlıqda asfalt-beton örtüyünün döşənməsi işlərinə start verilib. Yol boyu iri dənəli asfalt-beton qarışığından alt layının tikintisi işləri artıq tam olaraq yekunlaşdırılıb. Hazırda xırda dənəli asfalt-beton qarışığından yolun üst layının tikintisi işləri aparılır.

Bunun ardınca hərəkətin normal təşkili üçün yol boyu zəruri yol nişanları və məlumatverici lövhələr, təhlükəsizlik dirəklərinin quraşdırılması və xətlənməsi ilə yaxın müddət ərzində müasir yol infrastrukturunun yaradılması nəzərdə tutulub.

Bir sözlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında yenidən qurulan yol həmin ərazidə yaşayan vətəndaşlara respublika əhəmiyyətli R33 Ağdam-Hindarx-Ağcabədi və R18 Mingəçevir-Bəhrəmtəpə yollarına rahat çıxış əldə etməklə yetişdirdikləri kənd təsərrüfatı məhsullarını rayon mərkəzinə və qonşu rayonların bazarlarına tez və xarab olmadan daşımasına imkan yaradacaq.

 

13.06.2018 15:30 / Baxılıb: 880 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo