23-cü dünya çempionatına ev sahibliyi edəcək ölkələr müəyyənləşib

Samir Soltanov/AZADİNFORM. 2026-cı ildə futbol üzrə 23-cü dünya çempionatına Kanada, ABŞ və Meksika birlikdə ev sahibliyi edəcəklər. 

Azadinform xəbər verir ki, bu barədə qərar iyunun 13-də FIFA-nın Moskvada keçirilən 68-ci yığıncağında qəbul olunub. 

23-cü dünya çempionatına ev sahibliyinə Kanada-ABŞ-Meksika üçlüyü ilə yanaşı, Mərakeş də mübarizə aparıb. 

Qərarı FIFA prezidenti Canni İnfantino açıqlayıb. O bildirib ki, səsvermə nəticəsində 134 nəfər Kanada-ABŞ-Meksika üçlüyünə, 65 nəfər isə Mərakeşə səs verib. Bir nəfər bitərəf qalıb. 

Qeyd edək ki, FIFA-nın qəbul etdiyi dəyişikliklərə əsasən, 2026-cı ildə təşkil olunacaq dünya çempionatında 48 komanda mübarizə aparacaq.

13.06.2018 15:10 / Baxılıb: 232 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.08.2018
    18.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo