Həmsədrlər Paşinyanla görüşüb

Samir Soltanov/AZADİNFORM. Ermənistanda səfərdə olan ATƏT-in Minsk qrupunun həmsədrləri Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popov (Rusiya) baş nazir Nikol Paşinyanla görüşüb. 

Azadinform xəbər verir ki, məlumatı Ermənistan mətbuatı yayıb. Məlumata görə, görüşdə N. Paşinyan münaqişənin sülh yolu ilə həlli prosesində vasitəçilərin rolunun vacib olduğunu vurğulayıb və effektiv əməkdaşlığa ümid etdiyini deyib. Həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq üçün bütün lazımi səyləri göstərəcəklərini bəyan ediblər. Tərəflər prezidentlərin Vyana, Sankt-Peterburq və Cenevrə görüşlərində əldə edilmiş razılaşmalara əməl etməyin əhəmiyyətini vurğulayıblar.

13.06.2018 13:36 / Baxılıb: 241 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo