Neftçala sakini qətlə yetirilib

Samir Soltanov/AZADİNFORM. Neftçala rayon sakini qətlə yetirilib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, iyunun 8-də saat 8 radələrində Sumqayıt şəhəri 41-ci məhəllənin ərazisindəki parkda Neftçala rayon sakini Emil Nuriyevin üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb. 

Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Xəyal Abbasov saxlanılıb.

13.06.2018 13:10 / Baxılıb: 201 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo