10 kiloqramdan artıq narkotik vasitə müsadirə edilib

Samir Soltanov/AZADİNFORM. Respublikanın daxili işlər orqanları ümumən cinayətkarlığa, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlərini qətiyyətlə davam etdirirlər. 

DİN-dən Azadinform-a verilən məlumata görə, iyunun 12-də bu istiqamətdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində çəkisi 10 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə polis əməkdaşları tərəfindən aşkar edilərək götürülüb.  

Qeyd edək ki, ötən gün ərzində daxili işlər orqanları tərəfindən narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib. Bu istiqamətdə tədbirlər davam etdirilir.

13.06.2018 11:32 / Baxılıb: 245 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.10.2018
    21.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo