Mnasakanyanın yaltaqlığına Lavrov öldürücü zərbə vurdu

AZADİNFORM. “Ermənistan Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ məsələsi ilə əlaqəli vacib görüşlərə gedərkən həmişə ev hazırlıqlarına malik olurlar.

Bu, Edvard Nalbandyanın dövründə formalaşmış ənənədir. İndiki xarici işlər naziri Mnasakanyan da həmin ənənəni davam etdirmək istədi. Xaricə ilk səfərini Rusiyaya etdi və Rusiya XİN rəhbəri ilə görüşərkən həm Ermənistan televiziyasının, həm də “Mir” telekompaniyasının jurnalisti faktiki olaraq, Ermənistan Xarici İşlər Nazirliyinin hazırladığı ev tapşırığının icrası ilə məşğul oldu. Ona görə Rusiya və Ermənistan XİN rəhbərlərinin Moskvadakı mətbuat konfransında bir-biri ilə əlaqəli iki sual verildi”.

Azadinform xəbər verir ki, bu fikirləri politoloq Mübariz Əhmədoğlu deyib. Bildirib ki, ilk dəfədir, S.Lavrovun gülüşü müzakirə obyektinə çevrilir: “Görünür, Mnasakanyan Lavrovun fəaliyyətində əlavə orijinal bir şey tapa bilməyib. Lavrova orijinal yanaşması onun gülüşünü ictimailləşdirmək, Lavrovun gülüşünə tərif vermək idi. Çünki ən azı Ermənistanın BMT-dəki keçmiş nümayəndəsi, indiki XİN rəhbəri Mnasakanyanın sonradan verdiyi cavab bunu deməyə əsas verir. Sən demə, Lavrovun gülüşü BMT-də çox arzu olunan və cəlbedici imiş. Erməni nazir Mnasakanyanın nazir statusunda ilk görüşünə ev hazırlığı Lavrovun gülüşünü beynəlmiləlləşdirməklə yaltaqlanmaq və bununla divident əldə etməkdən ibarət imiş. Ermənistan televiziyası ATƏT-in rusiyalı həmsədri Popovun adından bildirdi ki, guya Dağlıq Qarabağ tərəf kimi danışıqlara qoşulacaq. Lavrov suala çox kəskin cavab verdi ki, Popov belə bir şey deməyib. Lavrov gülməyi dayandıracağı ilə Mnasakanyanı hədələdi. Dağlıq Qarabağ ermənilərinin Dağlıq Qarabağ tənzimlənməsi prosesinə qoşulması Azərbaycanın mövqeyindən asılıdır. Azərbaycan razılıq verəcəyi təqdirdə, Dağlıq Qarabağ erməniləri danışıqlar prosesinə qatılacaq”.

Politoloq qeyd edib ki, Azərbaycanın da razılıq verməsi üçün Ermənistan Dağlıq Qarabağ azərbaycanlılarının danışıqlar prosesinə qatılmasına razılıq verməlidir: “ATƏT konsensus mexanizmi ilə işləyir. Dağlıq Qarabağ ermənilərinin və Dağlıq Qarabağ azərbaycanlılarının danışıqlar prosesinə qatılması konsensus vasitəsilə həll olunacaq. Ermənilərin diqqətinə çatdıraq ki, artıq konsensus mexanizmi həm də Azərbaycan üçün fayda verməyə başlayıb. Uzun müddət ATƏT-in Minsk Qrupundakı konsensus mexanizmi yalnız ermənilərin marağına işləyirdi. İndi artıq Azərbaycanın da maraqlarına cavab verir. Ən azı, ATƏT-in Yerevan ofisinin bağlanması bunun əyani sübutlarından biridir. Lavrovun bu sarsıdıcı zərbəsi hiss olunur ki, Ermənistanın xarici siyasət idarəsinin başçısına, eləcə də Ermənistanın baş naziri Nikol Paşinyana təsir etməyib. Ehtimal ki, Mnasakanyan ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi Pauerlə Yerevanda görüşərkən ona Lavrovu ələ saldığını deyib. Paşinyan Dağlıq Qarabağ məsələsini, siyasəti bilmir. Demək olar ki, Paşinyan nadan, savadsız adamdır. Ona görə Paşinyana belə məsələlər təsir eləmir. Amma Mnasakanyana savadsız demək qeyri-mümkündür. Mnasakanyan əslində özündən əvvəlki xarici işlər naziri və eləcə də özünün şefi olmuş Nalbandyanla sanki yalan və tərbiyəsizlik yarışına girib”.

M. Əhmədoğlu vurğulayıb ki, E. Nalbandyan yalançı idi, ATƏT-in Minsk Qrupunun, beynəlxalq təşkilatların, digər dövlətlərin adından dəfələrlə yalan danışırdı: “Mnasakanyan sübut etmək istəyir ki, o, yalanı Nalbandyandan daha yaxşı bacarır. Çünki beynəlxalq ictimaiyyətin qabağında dövlətin diplomatiya idarəsinin başçısı yalan danışmamalı idi. Amma o yalanlar danışırdı. Mnasakanyan da beynəlxalq aləmin qabağında yalan danışmağa hədsiz çox meylli görünür. Ermənistan rəhbərliyinin nadan olub-olmamasının Dağlıq Qarabağ tənzimlənməsinə o qədər aidiyyəti yoxdur. Mnasakanyan bilir ki, Dağlıq Qarabağ tənzimlənməsinin özünün gedişi var. Ermənistan özünü bu tənzimlənməyə uyğunlaşdırıb, nəsə bir fayda qazana bilmələri onların bacarığından asılıdır. Amma tənzimlənmənin gedişini Ermənistanın xarici siyasət idarəsi və yaxud Ermənistan hökuməti dayandırmaq gücündə deyil”.

13.06.2018 11:25 / Baxılıb: 275 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo