Layihə Azərbaycanın etibarlı tərəfdaş olduğunu göstərir

Şəfa Tapdıq/AZADİNFORM. “Prezident İlham Əliyevin liderliyi ilə uğurlu enerji diplomatiyası yürüdülür. TANAP-ın gerçəkləşməsi üçün daha bir mühüm addım atıldı və açılış mərasimi baş tutdu”.

Bu sözləri Azadinform-a açıqlamasında millət vəkili Musa Qasımlı prezidentin Türkiyə səfəri və TANAP-ın açılışı ilə bağlı fikirlərini bölüşərkən deyib.

O, bildirib ki, bu layihə bir çox tərəfləri ilə böyük əhəmiyyət daşıyır: “Layihə bir çox dövlətləri – Türkiyə, Gürcüstan, Yunanıstan, Albaniya, İtaliya kimi dövlətləri əhatə edir. Bu layihə Azərbaycanın beynəlxalq mövqelərini möhkəmləndirəcək, enerji təhlükəsizliyində rolunu artıracaq. Layihə Azərbaycanın etibarlı tərəfdaş olduğunu göstərir”.

13.06.2018 11:00 / Baxılıb: 352 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo