Həmsədrlər Ermənistana səfər edib

Samir Soltanov/AZADİNFORM. ATƏT-in Minsk qrupu həmsədrləri Endryu Şofer (ABŞ), İqor Popov (Rusiya) və Stefan Viskonti (Fransa) Ermənistana səfər edib. 

Azadinform xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, həmsədrlər səfər çərçivəsində Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanla görüşüblər. Görüşdə tərəflər Dağlıq Qarabağ münaqişəsinin həllinə, danışıqlar prosesinin irəli aparılması imkanlarına dair fikir mübadiləsi aparıblar. 

Z. Mnatsakanyan Ermənistanın münaqişənin ATƏT Minsk qrupu çərçivəsində yalnız sülh yolu ilə həllinə sadiq olduğunu bildirib. 

Qeyd edək ki, həmsədrləri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi Anjey Kaspşik müşayiət edir. Həmsədrləri Azərbaycana səfəri nəzərdə tutulmayıb.  

13.06.2018 10:33 / Baxılıb: 264 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo