Azərbaycana narkotik vasitə keçirən şəxs saxlanıldı

AZADİNFORM. Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti uğurlu əməliyyat tədbirləri nəticəsində 9 kiloqrama yaxın narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

DİN-dən Azadinform-a verilən məlumata görə, Biləsuvar RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 11-də rayonun Səmədabad kəndi ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Gürcüstan Respublikasının vətəndaşı Almaz Rizayev saxlanılıb. Saxlanılarkən onun üzərindəki idman çantasından 8 kiloqram 415 qram narkotik maddə olan tiryək və 286 qram narkotik maddə olan heroin aşkarlanaraq götürülüb. Araşdırmalarla A.Rizayevin narkotik vasitəni İran İslam Respublikasından Biləsvuvar rayonu ərazisinə qaçaq yolla keçirdiyi müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

13.06.2018 10:00 / Baxılıb: 185 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.06.2018
    18.06.2018
    17.06.2018
     
    © 2018 All right reserved www.azadinform.az Powered by Danneo