Cüdo üzrə Azərbaycan birinciliyində 9 nəfər medal qazanıb

Adəm Abbaslı/AZADİNFORM. Cüdo üzrə Azərbaycan birinciliyinin ilk günündə 9 nəfər medal qazanıb.

Azərbaycan Cüdo Federasiyasından Azadinform-a verilən məlumata görə, Sumqayıt Olimpiya İdman Kompleksində U-23 gənclər arasında Azərbaycan birinciliyində ilk günün qalibləri məlum olub.

Oğlanların mübarizəsində Rəşad Yelkiyev (60 kq) və İlkin Babazadə (66 kq) qızıl medal qazanıb. Qızlar arasında isə Şəfəq Həmidova (48 kq), Gültac Məmmədəliyeva (52 kq), Səkinə Zairova (57 kq), Günel Bəkirzadə (63 kq), Aidə Baxışova (70 kq), Mehriban İmanzadə (78 kq), Aytəkin Paşazadə (+78 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Qeyd edək ki, 2 gün davam edəcək ölkə birinciliyinin ümumilikdə 49 klubdan 373 cüdoçu (306 oğlan, 67 qız) mübarizə aparır. Yarışın ilk günü isə 142 oğlan və 67 qız tatami üzərinə çıxıb.

13.06.2018 09:55 / Baxılıb: 195 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo