Dünya çempionatının açılış matçının hakimləri müəyyənləşib

Rusiya və Səudiyyə Ərəbistanı yığmaları arasında keçiriləcək dünya çempionatının açılış oyununa hakim təyinatları açıqlanıb.

Azadinform-un məlumatına görə, ilk qarşılaşma argentinalı referi Nestor Pitanaya tapşırılıb.

Ona həmyerliləri Xuan Pablo Bellati və Ernan Maydana yan xətt hakimləri kimi yardımçı olacaqlar. Ehtiyat hakim isə braziliyalı Sandro Riççi təyin edilib.

Dünya çempionatında ilk dəfə hakimlərə videoyardım sistemi (VAR) çalışacaq. Videohakimlər briqadasına italiyalı Massimiliano İrrati, həmyerlisi Daniele Orsato, argentinalı Mauro Vilyano və Çilidən olan Karlos Astroza daxil edilib.

İyunun 14-də Moskvadakı "Lujniki" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.

12.06.2018 23:59 / Baxılıb: 214 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo