Azərbaycan qadınına seçki hüququnun verilməsinin 100 illiyi münasibətilə poçt markası buraxılıb

İsveçrədə Azərbaycan qadınına seçki hüququnun verilməsinin 100 illiyi münasibətilə poçt markası buraxılıb.

Azərbaycanın İsveçrədəki səfirliyindən Azadinform-a verilən xəbərə görə, bu barədə razılaşma Azərbaycan səfirliyi ilə bu ölkənin dövlət poçt müəssisəsi olan “İsveçrə Poçt” Səhmdar Cəmiyyəti (“Schweizerische Post” AG) arasında əldə edilib.

Azərbaycan Azərbaycan qadınına seçki hüququnun verilməsinin 100 illiyinə həsr olunmuş həmin poçt markaları qeyri-kommersiya məqsədilə buraxılıb və ölkəmizin səfirliyi tərəfindən istifadə ediləcək. Eyni zamanda, Azərbaycanın Cenevrədəki BMT bölməsinə, digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyinə və SOCAR-ın İsveçrədəki nümayəndəliyinə, eləcə də başqa maraqlı tərəflərə göndəriləcək.

12.06.2018 22:43 / Baxılıb: 249 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo