Azərbaycan prezidenti: Biz 21-ci əsrin enerji tarixini yazırıq

“Qardaş Türkiyədə yenidən olmaqdan məmnunam. Biz Azərbaycanda Türkiyənin Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə əldə etdiyi uğurlara sevinirik".

Azadinform xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin Əskişəhər şəhərində TANAP layihəsinin açılış mərasimində söyləyib.

Dövlət başçısı deyib ki, Türkiyə hazırda dünya gündəliyini müəyyən edir: “Türkiyənin gücü bizim gücümüzdür. Bu gün dünyada bir-birini bu qədər dəstəkləyən ölkə tapmaq çətindir. TANAP-ın istismara verilməsi Türkiyə-Azərbaycan qardaşlığının təzahürü, zəfəridir. Biz 21-ci əsrin enerji tarixini yazırıq. Bu, əməkdaşlıq, sabitlik layihəsidir. TANAP kimi nəhəng layihənin həyata keçirilməsi Türkiyə və Azərbaycan liderlərinin birgə siyasi iradəsi nəticəsində mümkün olub”.

12.06.2018 19:26 / Baxılıb: 209 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.06.2018
    18.06.2018
    17.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo