Göyçay sakininin avtomobilindən heroin çıxdı

Samir Soltanov/AZADİNFORM. Hacıqabul Rayon Polis Şöbəsinin Narkotiklə Mübarizə Qrupunun əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində ötən gün növbəti əməliyyat tədbiri həyata keçirilib. 

Daxili İşlər Nazirliyindən Azadinform-a verilən məlumata görə, RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Göyçay rayon sakini Rüstəm Səmədov və Ağdaş rayon sakini Tahir Məmmədov saxlanılıb. R.Səmədova məxsus avtomobilə baxış keçirilən zaman oradan ümumi çəkisi 75,174 qram heroin aşkar edilərək götürülüb. 

Dindirilmə zamanı həmin şəxslər narkotik vasitəni Şirvan şəhər sakini Yusif Abbaszadədən aldıqlarını etiraf ediblər. Təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Y.Abbaszadə saxlanılaraq şöbəyə gətirilib. Saxlanılan şəxslər götürülmüş maddi sübutla birgə istintaqa təhvil veriliblər. 

Faktla bağlı cinayət işləri başlanılıb. Araşdırmalar aparılır.

12.06.2018 18:17 / Baxılıb: 241 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.08.2018
    19.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo