Terrorun kökünü kəsənə qədər Şimali İraqda qalacağıq

Samir Soltanov/AZADİNFORM. “Terrorun kökünü kəsənə qədər Şimali İraqda qalacağıq”. 

Azadinform xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli bildirib. Nazir qeyd edib ki, hədəfə çatmadan Türkiyə ordusu oradan çıxmayacaq: “Artıq Şimali İraqda qərargahlar tikilir. Bu plan təxminən 1 il bundan qabaq hazırlanıb. Əməliyyat təkcə Qandildə aparılmayacaq. Terrorçuların fəaliyyət göstərdiyi hər yerdə əməliyyat aparılacaq. Məsələ ilə bağlı İranla müzakirələr apardıq. İraq da daxil olmaqla qonşu ölkələrin bu məsələyə heç bir etirazı yoxdur. əməliyyatlar zamanı məqsədimiz dinc sakinlərin təhlükəsizliyini təmin etməkdir. Buna Türkiyə ordusunun təcrübəsi var. Koalisiya qüvvələrinin yanlışlıqla vurduğu bölgələrdə ölən dinc sakinlərin sayı mindən çoxdur. Bu faktı özləri də təsdiqləyib. Şimali İraqdakı bütün terror təşkilatları məhv ediləcək. Bununla bağlı dəqiq tarix bəlli deyil. Çünki, belə əməliyyatlarda tarix bildirilmir. Həmişə də söyləmişik. Heç bir ölkənin torpağında gözümüz yoxdur. Biz ölkəmizin təhlükəsizliyini təmin etmək üçün burdayıq”. 

Mənbiç razılaşmasına toxunan Canikli bildirib ki, bu gün YPG-nin PKK-ya aid olduğunu rəsmi olaraq qəbul etməsələr də, artıq bunun terror təşkilatı olduğuna razılaşıblar: “Belə olmasaydı Mənbiç razılaşmasına getməzdilər. ABŞ-la Mənbiçdə birgə çalışacağıq”.

12.06.2018 17:40 / Baxılıb: 291 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.08.2018
    18.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo