Eurasianet.orgdan Qarabağa səfərlə bağlı XİN-ə 2 rəsmi məktub daxil olub

“Eurasianet.org” portalında Azərbaycanla əlaqədar çıxan materiallarla əksər hallarda razılaşmamağımıza və qərəzli hesab etməyimizə baxmayaraq, işğal olunmuş ərazilərə jurnalist qismində səfər etmək üçün "Eurasianet.org" tərəfindən Azərbaycana əvvəlcədən rəsmi müraciət edildiyini, ölkəmizin qanunlarına və ərazi bütövlüyünə hörmət ifadə olunduğunu nəzərə alaraq, media azadlığına hörmət prinsipi əsasında sözügedən jurnalistin səfərinə etiraz edilməyib”. 

Bunu “Eurasianet.org” portalının müxbiri Joşua Kuçeranın özünəməxsus sosial şəbəkələrdə işğal olunmuş ərazilərimizə səfər etdiyi barədə məlumatına münasibət bildirən XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Trend-ə bildirib. H.Hacıyev bildirib ki, Nyu-Yorkda yerləşən “Eurasianet.org” portalının Baş direktoru David Trillinqin imzası ilə Qafqaz regionu üzrə redaktor Coşua Küçeranın 2-9 iyun tarixlərində Dağlıq Qarabağa səfər etmək niyyəti barəsində 25 və 30 may tarixlərində XİN-nə iki rəsmi məktub daxil olub: “Məktubda Azərbaycanın qanunlarına hörmət edildiyi və Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi kimi tanındığı qeyd olunub. Həmçinin məktubda bu səfərin heç bir halda Qarabağın hər hansı bir statusunun tanınması və ya Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətsizlik mənası daşımadığı qeyd olunub. “Eurasianet.org” portalının sözügedən məktubları Azərbaycan Respublikası ərazisində xarici KİV nümayəndələri üçün nəzərdə tutulan akkreditasiya müraciəti kimi qəbul olunub”. (trend)

12.06.2018 16:38 / Baxılıb: 207 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.06.2018
    18.06.2018
    17.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo