Milli Məclis bəzi qanunlara dəyişikliklər edib

Milli Məclisin iclasında bir sıra qanunlara dəyişiklik edilib.

Məlumata görə, bunlar “Normativ hüquqi aktlar haqqında", "Dərc olunmuş əsərlərin kor, görmə qüsurlu və ya çap məhsullarını oxumaqla bağlı başqa əlilliyi olan şəxslər üçün əlçatanlığını asanlaşdırmağa dair Mərakeş Müqaviləsi"nə qoşulmaq haqqında", "Dövlət sirri haqqında", "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında", "Mülki müdafiə haqqında", "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında", "Siyasi partiyalar haqqında", "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanunlara dəyişikliklərdir.

Layihələr texniki və uyğunlaşdırıcı dəyişiklikləri əhatə edib. Sənədlər ayrılıqda səsə qoyularaq qəbul olunub. (Apa)

12.06.2018 15:01 / Baxılıb: 239 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.08.2018
    19.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo