TANAP dünyanın ən böyük layihəsinin əsas tərkib hissəsidir

AZADİNFORM. “Azərbaycan dünyada az ölkələrdəndir ki, öz ərazisinin uzunluğundan 4 dəfə çox uzunluğu olan layihə həyata keçirir”.

Azadinform xəbər verir ki, bu sözləri millət vəkili, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili deyib.

Millət vəkili TANAP (Trans Anatolian Natural Gas Pipeline) layihəsinin bu gün işə düşdüyünü xatırladıb: “80%-i Azərbaycana (20%- Türkiyə) məxsus olan bu boru xəttinin uzunluğu 1850 kilometrdir. Türkiyə ərazisində Ardahandan Eskişehirə qədər uzanır. İldə 16 milyard kubmetr (2026-da 31 mlrd kubmetr) qaz nəql edəcək bu layihə dünyanın ən böyük layihəsi olan Cənub Qaz Dəhlizi (müəllifi prezident İlham Əliyev) layihəsinin əsas tərkib hissəsidir”.

12.06.2018 14:30 / Baxılıb: 377 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.08.2018
    18.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo