FETÖ-dən Yunanıstana qaçan üzvlərinə təlimat: Tez-tez küçəyə çıxmayın

Samir Soltanov/AZADİNFORM. FETÖ-nin Yunanıstana qaçan və ya keçməyə çalışan üzvlərinə təlimat verdiyi ortaya çıxıb. 

Azadinform xəbər verir ki, bir müddət öncə Yunanıstana keçmək istəyərkən saxlanılan evli cütlüklərin mobil telefonuna baxış zamanı terror təşkilatına bağlı olan "ByLock" proqramından istifadə etdikləri aydın olub. Bundan başqa, FETÖ-nin Yunanıstana keçmək istəyən şəxslərə təlimatlar verdiyi aşkarlanıb. Təlimatda bildirilib: “Çox diqqətli olun. Yaxşı geyinin. Xarici görünüşünüzə fikir verin. Miqrantlar kimi geyinməyin. Tez-tez küçəyə çıxmayın. Mümkündürsə Afinaya keçin. Saloniki balaca yerdir”.

12.06.2018 14:20 / Baxılıb: 200 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo