"Partiyaların maliyyə hesabatı verməməsi ölkənin ümumi siyasi sisteminə zərərdir"

Azərbaycanda bəzi siyasi partiyalar maliyyə dövriyyələri barədə aidiyyəti qurumlara hesabat vermirlər.

Məlumata görə, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, belə olan halda isə qeyri-şəffaflıq ortaya çıxır: “İndi öz aralarında mübahisə edirlər ki, pul gəlir, mənimsənilir. Bu isə ölkənin ümumi siyasi sisteminə zərər verir”.

O vurğulayıb ki, hər bir siyasi partiya öz hesabatını həm ictimaiyyətə, həm də aidiyyəti qurumlara təqdim etməlidir. (Trend)

12.06.2018 14:05 / Baxılıb: 200 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo