940 kiloqram çətənə kolu məhv edilib Fotolar

Samir Soltanov/AZADİNFORM. Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində həyata keçirilmiş tədbirlər nəticəsində sərhədboyu zonada çətənə kolları­nın yabanı halda bitdiyi sahə aşkar olunub. 

DSX-dən Azadinform-a verilən məlumata görə, iyunun 7-də Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin hərbi qulluqçuları tərəfindən Ağstafa rayonunun Sadıxlı kəndinin arxa hüdudunda “Qara­yazı” dövlət meşə qoruğunda sərhəd xəttindən təqribən 3 km aralıda aşkarlanmış sahədə aqrotexniki qulluq olunmamış, hündürlüyü təqribən 120-170 sm, ümumi çəkisi 940 kq olan 4159 ədəd çətənə kolunun yabanı halda bitməsi müəyyən edilib. 

Qeyd olunan çətənə kolları yerli icra nümayəndəliyi, meşə təsərrüfatı, Ağstafa rayonunun polis şöbəsinin əməkdaşlarının iştirakı ilə yığılaraq akt tərtib olunub və yandırılma yolu ilə məhv edilib.

12.06.2018 11:23 / Baxılıb: 210 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
19.06.2018
18.06.2018
17.06.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo